Avto Sistem Mağazalar Şəbəkəsi yararsız ehtiyyat hissələri satır - FOTO

28-06-2022, 18:09           
Avto Sistem Mağazalar Şəbəkəsi yararsız ehtiyyat hissələri satır - FOTO
"Keyfiyyət bizdə ən axırıncı düşünülən şeydi. Ən çox da bu avtomobil ehtiyyat hissələrində özünü göstərir".

Bizimxeber.az bildirir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Amil Hacıyev yazıb.

A.Hacıyev bildirib ki, Avto Sistem Mağazalar Şəbəkəsindən avtomobilinə ehtiyyat hissəsi alıb. Bir neçə gün sonra ehtiyyat hissəsi keyfiyyərsiz olduğu üçün dağılıb.

"Reklamı ilə özünü bir nömrə sayan Avto Sistem Mağazalar Şəbəkəsindən aldığım detal 40 gün getdi. Mağazaya deyəndə də deyir, bu türk malıdı, alman alardın. Satanda isə tərifin biri bir qəpik. Sadəcə əşşi, cəhənnəmə olsun deyə-deyə susuruq. Olan isə kasıba olur. Şikayət edəsən amma hara, kimə? Sadəcə yazdım ki, oradan nəsə alanda diqqətli olun, aldanmayın,uduzmayın!" deyə jurnalist yazıb.

Qeyd edək ki, müştərilərin əksəriyyəti Avto Sistem Mağazalar Şəbəkəsindən alınan ehtiyyat hissələrinin keyfiyyətindən narazılıq edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.