"Unibank"ın avro nifrəti, yoxsa gülünc bəhanəsi? - "Əzikdir, küncü cızıqdır"

28-06-2022, 19:12           
"Unibank"ın avro nifrəti, yoxsa gülünc bəhanəsi? -
Azərbaycanda bank sektorunun nizamsız işləməsi, kredit faiz dərəcələrinin yüksək olması uzun illərdir müzakirə mövzularındandır. Özəl (adları özəldir) bankların heç bir qanunlara sığmayan daxili qaydaları bu sistemin hansı vəziyyətdə olduğunu göstərən amillərdəndir.

Bəzi banklar isə vətəndaşlara ümumiyyətlə, ögey münasibət sərgiləyir, əsassız səbəblərlə imiclərinə əməlli başlı ziyan vururlar.

Müştərilərinə qarşı həssas olmayanlardan biri "Unibank"dır.

Bu gün hansı Azərbaycan vətəndaşından "Unibank" barədə soruşsan aldığın cavab ən yaxşı halda "o bank barədə danışma" olacaq.

İşin ən qəribə tərəfi budur ki, bu banklara nəzarət etməli olan Mərkəzi Bankın rəhbərliyi də dəyişdi, amma heç bir yeniliyin şahidi olmadıq. Elman Rüstəmov getdi, Taleh Kazımov gəldi, yenə eyni qaydalar, sistemsizlik hökm sürür. Demək ki, özəl banklara nəzarət etmək Mərkəzi Bankın da gücündə deyil.

Belə ki, "Unibank" müxtəlif bəhanələr gətirirək xarici valyutanın dəyişdirilməsini əngəlləyir. Bu hal daha çox avronun milli valyutaya çevirmək istədiyin zaman baş verir. Müxtəlif bəsit bəhanələr işə düşür - "Pulun əzikdir, kənarı cızıqdır" və sairə... Hansı ki, nə pul əzikdir, nə yararsızdır, nə də ciddi bir problem var. Sadəcə bəhanədir. Bu cavablardan belə başa düşülür ki, bankın avro dəyişmək üçün icazəsi yoxdur, ya da avroya allergiyaları var.

Əcəba, Azərbaycan Respublikasının qanunları bu bank üçün keçərli deyilmi?

Bank rəhbərliyi bu ölkənin vətəndaşı deyilmi? Bu ölkənin əhalisinin kredit faizləri ilə milyonçu olmayıbmı? Küncü əzik olan pulun dəyişdirilməsini bəhanə edən bank rəhbərliyi bu yolla nəyə nail olmaq istəyir?

Bankdan Bizimxeber.az-a bildirdlər ki, əzik, küncü çızıq pulları heç bir halda "Unibank" dəyişmir. Bu rəhbərlik tərəfindən qoyulan qaydadır. Bunun üçün Mərkəzi Banka getməlisən, ekspertiza təyin olunmalıdır. Gülünc bəhanələr silsiləsinə xoş gəlmisiniz!

Maraqlı açıqlamadır elə deyilmi?

Bank rəhbərliyinin qoyduğu qaydalara görə, küncü əzik pulları "Unibank" qəbul etmir, ancaq ütülənmiş pulları istəyirlər. Bu konkret pula hərislik əlamətləri hesab oluna bilər. "Unibank" rəhbərliyi nə qaydaları dəyişmək istəmir, nə də belə bir arzuda deyil. Bunu da bankdan verilən açıqlamada bildirdlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.