Quru sərhədlərin açılmasını KİM İSTƏMİR? - GƏLİŞMƏ

29-06-2022, 17:28           
Quru sərhədlərin açılmasını KİM İSTƏMİR? - GƏLİŞMƏ
“Sərhədlərin bağlanmasına səbəb pandemiya idisə, açılmamasına səbəb ya siyasidir, ya da hansısa qrupların kooperativ maraqları”. DİA.AZ xəbər verir ki, bunu quru yolların açılmamasının səbəblərini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, hazırda quru yolların bağlı qalmasına səbəb pandemiya ola bilməz:

“Sərhədləri bağlayan siyasi səbəblər deyildi, pandemiya idi. Pandemiyanın qarşısını almaq üçün ÜST və dünya dövlətləri quru sərhədlərin bağlanması ilə bağlı qərar qəbul etdilər, Azərbaycan da bunu etdi.

Statistikaya baxırıq, gün ərzində 8 yeni yoluxma halı aşkarlanıb, 6 nəfər sağalıb, ölən yoxdur. 10 milyonun içərisində insanlar vərəmdən də, başqa infeksiyalardan da xəstələnə bilər. Artıq pandemiya sərhədləri bağlı saxlamaq üçün səbəb deyil. Hər hansı bir şəxs də çıxıb sərhədləri bağlı saxlamaqla xalqı nədən qoruduqlarını açıqlaya bilmir. Sərhədlərin bağlanmasına səbəb pandemiya idisə, açılmamasına səbəb ya siyasidir, ya da hansısa qrupların kooperativ maraqları. Bizi belə düşünməyə hökumət məcbur edir. Çünki heç bir məntiqli açıqlama verə, səbəb göstərə bilmirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.