“Sosial müavinətlərin artırılmasına əlavə təzyiqlər mövcuddur” - DETALLAR

30-06-2022, 10:33           
“Sosial müavinətlərin artırılmasına əlavə təzyiqlər mövcuddur” - DETALLAR
“Bu qərar birmənalı şəkildə müavinətlərin genişləndirilməsi və artımına istiqamətlənib”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Prezident İlham Əliyevin “Sosial müavinətlər haqqında” Qanuna dəyişiklik edilməsi barədə imzaladığı qanunun vətəndaşlara verəcəyi üstünlükləri şərh edərkən deyib:

Pensiya sosial müavinətdən az olacağı təqdirdə müavinət təyin ediləcək

“Son zamanlar Azərbaycanda ölkə rəhbərliyi tərəfindən sosialyönümlü layihələrə fasiləsiz, ardıcıl olaraq dəyişikliklər edilir. Bu zaman da sosial müavinətlərdə artım prosesinin şahidi oluruq.

Uzun illər bu rəqəmlər müəyyən həddə qorunsa da artıq bu mümkünsüzdür. Çünki hazırda dünyada bu proseslərə əlavə təzyiqlər mövcuddur. Postpandemiya dövrü və indiki situasiyada dünyada yaşanan ərzaq bahalaşması sosial müavinətlərin artırılmasını vacib edir.

Sosial müavinətlərlə bağlı qanunvericiliyə edilən dəyişikliklər də birbaşa sosialyönümlü layihələr və müavinətlər məsələsində artımın elastikliyini tənzimləyə biləcək addımlardır.

Faktiki olaraq bundan sonra hər hansı qərar və ya sərəncamla müavinətlərin artırılmasında məhz bu qərarın elastikliyi prosesə yardımçı olacaq. Sosial müavinət kateqoriyasına aid insanlar bu dəyişiklik fonunda aldığı sosial müavinətlərin konkret artımını hiss edəcəklər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru