İdmançının direktoru olduğu elmi müəssisənin dövlətə 4 milyonluq borcu üzə çıxdı (FOTOFAKT)

6-07-2022, 00:28           
İdmançının direktoru olduğu elmi müəssisənin dövlətə 4 milyonluq borcu üzə çıxdı (FOTOFAKT)
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, müəssisənin bu günə olan vergi borcu 4 milyon manatdan çoxdur.(4232918.51 AZN)

Nizamnamə kapitalı 160min 806 manat olan "Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi”nin qanuni təmsilçi Maarif Bağırov Müseyib oğludur.

Xatırladaq ki, Bağırov Maarif Müseyib oğlu Əməkdar Bədən tərbiyəsi və İdman xadimi, Güləş üzrə SSRİ idman ustası, Ashihara Karate Federasiyasının prezidenti, 6-cı dan qara kəmər ustasıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru