“Günay Sığorta”nın təsisçisi Azad Cavadovu işdən AZAD ETDİ - DETALLAR

5-08-2022, 11:15           
“Günay Sığorta”nın təsisçisi Azad Cavadovu işdən AZAD ETDİ - DETALLAR
“Günay Sığorta” şirkətinin Direktorlar Şurası sədrinin müşaviri vəzifəsindən kənarlaşdırılıb.

TEREF.AZ xəbər verir ki, FED.az etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, “Günay Sığorta” şirkətinin Direktorlar Şurasının sədri Mahmud Məmmədov özünə müşavir təyin etdiyi Azad Cavadovu vəzifəsindən uzaqlaşdırıb.

FED.az şirkətlə əlaqə saxlayıb, bildirilib ki, A.Cavadovun yerinə "Günay Bank"da işləmiş yeni əməkdaş təyin edilib.

Qeyd edək ki, Azad Cavadov “Günay Sığorta” şirkətində satış sahəsinin kuratoru olub.

Xatırladaq ki, A. Cavadov 2007-2017-ci illərdə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru işləyib.

2017-ci il avqustun 1-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə A.Cavadov Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsindən azad edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru