“Broker Əbülfəz”in xalası oğlu axtarışa verilib? – Həbslər davam edəcək

11-08-2022, 16:58           
“Broker Əbülfəz”in xalası oğlu axtarışa verilib? – Həbslər davam edəcək
2022-ci ilin avqustun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə azadlıqdan məhrum edilən “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovla əlbir olan şəxslərin də həbs ediləcəyi gözlənilir.

TEREF xəbər verir ki, savash.org-un əldə etdiyi məlumata görə, aparılan istintaq araşdırmalarının nəticəsində Ə.Məlikovun əsas işlərini idarə edən Anar Allahverdiyevin də axtarışa verildiyi iddia edilir. Hazırda xaricdə olduğu bildirilən A.Allahverdiyev “Broker” MMC rəhbərinin xalası oğludur. Onun əsas işi beynəlxalq əlaqələr üzrə menecerlik olub.

A.Allahverdiyevin bu xidmətlərinə görə əldə etdiyi milyonlarla manat dəyərindəki pul vəsaitini vergidən yayındırdığı, ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlak alışına yönəltdiyi güman edilir.

Xatırladaq ki, “Broker” MMC-nin rəhbəri Ə.Məlikov “gömrükçülərin işi” üzrə aparılan istintaq işi zamanı saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq araşdırmaları zamanı Gömrük Komitəsinin 4 yüksək vəzifəli şəxsi saxlanılıb. Onlar dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Ə.Məlikov gömrük rəsmiləşdirilməsi sahəsində “brokerlik fəaliyyəti” ilə tanınır. Ona qarşı xüsusilə böyük məbləğdə vergi və gömrük ödənişlərindən yayınma, həmçinin vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Ə.Məlikovun adı mediada daim Azərbaycan gömrüyündə monopoliyanın yaradılmasında hallanıb.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.