Səfərbərlik sisteminin "Çovdarovu" generala problem yaradır - Postunu itirə bilər...
14-05-2016, 12:21
Dünən AzAfkt.com tərəfindən yayılan məlumatlarda deyilirdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daxili Təhqiqatlar İdarəsi rəisi, polkovnik Yunis Əsgərov SHXÇDX-nin şefi Arzu Rəhimova arxayın olaraq rayon şöbələrinin rəislərini açıq aşkar şantaj edərək onlardan külli miqdarda pul alır. Məlumatda qeyd olunurdu ki, SHXÇDX-nın rayon şöbələrindən baş idarəyə daxil olan şikayətləri araşdıraraq “ciddi bir sübuta” çevirən Yunis Əsgərov vəzifəsindən sui istiadə edərək şöbə rəisləridən hər ay rüşvət tələb etdiyi iddia olunur.
SHXÇDX-kı mənbənin AzFakt.com-a verdiyi məlumatda qeyd olunur ki, Yunis Əsgərov demək olar rayon şöbələrinin əksəriyyətini aylıq alır. Bu isə SHXÇDX-nın rayon şöbələrin rəislərini çağırışçıların valideynlərindən alınan rüşvəti artırmağa sövq edir. Nəticədə isə orduya kasıb insanların xəstə uşaqları cəlb olunur. Məlumata görə hər rayon şöbəsinin rəisi hər ayın axırında Daxili Təhqiqatlar İdarəsi rəisi, polkovnik Yunis Əsgərova 200 manat göndərməlidir.
Məlumatda qeyd olunur ki, Daxili Təhqiqatlar İdarəsi rəisinə ayda rüşvət göndərən şöbələrdən gələn hər hansı bir şikayətə baxılmır. İnformasiya mənbəmiz bildirir ki, Yunis Əsgərovla anlaşmayan şöbə rəislərinə qarşı çox amansızdır. Hətta onun bir çox şəxslərinin səsini yazması və həmin səs yazısını SHXÇDX rəhbəri Arzu Rəhimova dinlətdiyi deyilir.
Ancaq polkovnik Yunis Əsgərovun əməlləri bununla bitmir. Rayon şöbələrində baş verən qanunsuzluqların demək olar ki, əksəriyyətini Daxili Təhqiqatlar İdarəsinin rəisi rüşvət qarşılığında ört basdır edir. Buna misal olaraq Masallı rayon hərbi komisarlığında baş verənləri göstərmək olar. Mənbənin iddasına görə SHXÇDX Masallı rayon şöbəsində baş verən cinayət işini ört basdır etmək üçün polkovnik Yunis Əsgərov 60 min manat rüşvət alıb. Bundan başqa məlumatda bildirilir ki, polkovnik Yunis Əsgərov SHXÇDX Şəmkir rayon şöbəsindən rüşvət alarkən tutulub və hazırda həmin iş hərbi prokurorluqda tədqiqatdadır.
Mənbəmiz bildirir ki, SHXÇDX-da tibbi ləvazimatların adı altında mənimsənilən 700 min manat yeyintidə də polkovnik Yunis Əsgərovun da əli var. Amma polkovnik bu vəsaitin bir hissəsini mənimsədiyini əsas vəsaitini rəis Arzu Rəhimova çatdığını açıq aşkar deyir. “Görünür işinin hərbi prokurorluqda olması polkovnik Yunis Əsgərovu çətin vəziyyətə salmaqla bərabər həmçinin stresə də salıb və belə bir məqamda onun rəisi Arzu Rəhimovu satmayacağı isə naməlumdur. Çünki etdiyi yüzlərlə qanunsuz əməllərdən qazandığı milyonlarla pulu təkbaşına yemədiyi məlumdur. Bu qazancın bir hissəsinin Arzu Rəhimova çatdığını hər kəs yaxşı bilir”, deyə mənbə qeyd edib.
Qeyd edək ki, SHXÇDX-nın Daxili Təhqiqatlar Şöbəsinin rəisi Yunis əəsgərovun Şəmkirdə necə rüşvət alması və necə ilişməsi, həmçinin polkovnikin digər əməlləri barədə yaxın günlərdə daha ilginc məlumatlar verəcəyik.
DİA.AZ-a bu barədə daxil olan informasiyalarda qeyd olunur ki, artıq bu məsələ ilə əlaqədar Arzu Rəhimovun özünün mövqeləri ciddi şübhə altına düşüb və hətta generalın görəvdən alınması belə gündəmə gəlib. Dia.az xatırladır ki, Arzu Rəhimovun vəzifəsindən azad ediləcəyi haqda son günlərdə də informasiya yayılmışdı. İndi isə aydın olanı odur ki, Arzu Rəhimovu həmin postda saxlamamaq üçün daha ciddi səbəblər yaranıb. Mövzu diqqətimizdədir...
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.