Daha bir təhsil idarəsi bərbad durumda... - NARAZILIQ VAR...

14-05-2016, 13:02           
Daha bir təhsil idarəsi bərbad durumda... - NARAZILIQ VAR...
“Gündəm Xəbər” qəzetinin ötən saylarının birində, başıbəlalı Sumqayıt təhsilində yaşananlarla bağlı müəyyən açıqlamalar dərc etmişdik. Az sonra məlumatlı mənbə onu da bildirdi ki, bir müddət bundan əvvəl Sumqayıt şəhər Təhsil Şöbəsinə yeni müdir təyin olunan Ruhiyyə xanım Tağıyeva, keçirilən tədbirlərdən sonra, şəhərdəki təhsil ocaqlarının rəhbərlərinə bildirir ki, “çalışın mənim yola salınma tədbirimi təmtəraqlı keçirin”. Hətta verilən məlumatlarda o da bildirilir ki, Ruhiyyə xanım Azərbaycan Respublikasının dövlət himnini, tədbirlərdə etdiyi çıxışlar zamanı bəzən “gimi” və yaxud da “gimn” sözləri ilə də əvəz edir. Görəsən o, vaxtilə rəhbərlik etdiyi 24 saylı şəhər tam orta məktəbində “itbata” salınan “jurnal”ının tətbiqi variantını, şöbə müdiri olduğu illər ərzində də tətbiq edəcəkmi və böyük bir şəhərin təhsilini necə idarə edəcək? Belə olan halda sual oluna bilər ki, vaxtilə həmin məktəbi “ağgünə” çıxarmış xanım müdirə, şəxsi marağını niyə hər şeydən üstün tutur və bu gün də təhsilimizə zərbələrini vurmaqda davam edir.
Maraqlı haldır ki, onun şöbə müdirliyinə təyinatından sonra, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri liseyinin direktoru Rüxsarə Məmmədovanın rəhbərlik etdiyi təhsil ocağında da, rüşvət amili tüğyan edir. Belə ki, məlumatlı mənbənin bildirdiyinə görə, həmin liseydə müxtəlif adlar adı altında təqribən 600-900 manatdan “haqq-hesab” yığılır və məktəbli şagirdlərə qarşı davranış zamanı, bəzən xoşagəlməz addımlar (yəni, kafi qiymət alanlar döyülməklə bərabər, təhqir də olunurlar) da atılır.
Bütün bunlara baxmayaraq biz o hala da inanırıq ki, yaxın vaxtlarda Sumqayıt təhsilini düşdüyü bəladan xilas etmək üçün, bu sahəyə cavabdehlik daşıyanlar yeni bir kadr tapacaqlar və kürsünü təhsili bilən, idarəetməni dolğun şəkildə həyata keçirməyi bacaran şəxsə həvalə etməklə, yeni bir uğura da imza atacaqlar.
Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.