Nazirliyə məxsus şirkət ölkəyə gizli yolla mal gətirib - TƏFƏRRÜAT

29-09-2022, 10:57           
Nazirliyə məxsus şirkət ölkəyə gizli yolla mal gətirib - TƏFƏRRÜAT
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti məhkəməlik olub.

Dövlət Gömrük Komitəsi “Aqroservis” barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən protokol tərtib edərək Sabunçu Rayon Məhkəməsinə göndərib.

İş hakim Süleyman Ağayevin icraatına verilib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir. //aztoday.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.