Daha bir təhsil ocağında acınacaqlı mənzərə - FOTO

29-09-2022, 14:07           
Daha bir təhsil ocağında acınacaqlı mənzərə - FOTO
Abşeronda təhsil müəssisəsindəki vəziyyət valideynləri narahat edir.

TEREF.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a valideynlər tərəfindən şikayət daxil olub. Bildirilib ki, söhbət rayonun Xırdalan şəhərində yerləşən 2 nömrəli orta məktəbdən gedir.

Məktəbin sinif otaqları, dəhlizi təmirsiz və bərbad haldadır. Şagirdlər bu vəziyyətdə olan məktəbdə təhsil alırlar, həmçinin məktəbdə iki növbəli yox, 3 növbəli tədris prosesi həyata keçirilir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ diqqətdə saxlanılır:

“Zərurət olan təhsil müəssisələrində sistemli şəkildə bütün qovşaqlar düzəldiləcək”.

Daha bir təhsil ocağında acınacaqlı mənzərə
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru