Kamaləddin Qafarovun şirkəti yenidən cərimələndi

10-10-2022, 12:48           
Kamaləddin Qafarovun şirkəti yenidən cərimələndi
Kamaləddin Qafarovun şirkəti yenidən cərimələndi

Azərbaycanın tibbi tədarükçülərindən biri olan “Azəri Med” QSC barəsində yenidən cərimə protokolu yazılıb.

Hurriyyet.az bildirir ki, Pravda.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: “Azəri Med”in qanuni təmsilçisi Rəhimli Famil olsa da, şirkətin Milli Məclisin deputatı Kamaləddin Qafarova məxsus olduğu bildirilir və bu barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir. Bundan başqa, QSC-yə “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aptek” kimi brendlər daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru