Bu dərmanlar apteklərdən yığışdırılıb - AÇIQLAMA

11-10-2022, 17:13           
Bu dərmanlar apteklərdən yığışdırılıb - AÇIQLAMA
Cari ildə bir neçə dərman vasitəsi istehsalçı tərəfindən təqdim edilmiş keyfiyyət parametrlərinə uyğunsuzluq aşkar edildiyi üçün geri çağırılıb.

TEREF.AZ xəbər verir ki, bu barədə Cebhe.info-nun sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, mərkəz tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 9.1 bəndi rəhbər tutularaq, EJ7126 seriya ilə buraxılmış son istifadə tarixi 31.01.2023 olan “Akkuzid” ticarət adlı quinapril - 20 mg tabletlər istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı verilib.

Bundan başqa, son istifadə tarixi 02.2023 olan “Fosfalyugel” ticarət adlı, daxilə qəbul edilən gel dərman vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlanıb. Həmin preparatlar da geri çağırılıb.

Eyni zamanda, “Sanofi” şirkəti tərəfindənhazırda davam edən tədqiqatlara əsasən “Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər karton qutu qablaşdırmada, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.
Bu ehtimalı nəzərə alaraq, “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, ölkədə topdan və pərakəndə satışı dayandırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.