"Rüfət Quliyev heç olmasa Cavanşir Feyziyevin adını çəksin..." - ÇAĞIRIŞ

12-10-2022, 10:19           
"Rüfət Quliyev heç olmasa Cavanşir Feyziyevin adını çəksin..." - ÇAĞIRIŞ
Dünən məlum olduğu kimi, Milli Məclisdə Azərbaycanda bəzi dərmanların çatışmazlığı məsələsi qaldırılıb.

DİA.AZ xəbər verir ki, millət vəkili Rüfət Quliyev həkimlərin ona müraciət edərək bəzi dərmanların çatışmadığını bildirib.

“Bir aydan çoxdur ki, Azərbaycanda adrenalin adlı dərman yoxdur. Həkimlər qeyd edirlər ki, hazırda onlarla cərrahiyyə əməliyyatı məhz buna görə dayandırılıb. 1.50 qəpiklik dərman yoxa çıxıb, onu altdan-altdan 150-200 manata satırlar. İkincisi qlükoza və hidrogen xolorofil fizoloji məhlulu tapılmır. Bu dərmanlar Ukraynadan gətirilir.

Mən başa düşürəm ki, Ukraynada müharibədir və dərman gətirməkdə müəyyən problemlər var. Lakin bu dərmanlar Türkiyədə rahat şəkildə satılır. Bizim fikrimiz var idi ki, bir ay dərmanları Türkiyədən Azərbaycana gətirib sataq. Bu problemin həllini uzatmaq lazım deyil”.

DİA.AZ bildirir ki, deputatın bu açıqlaması sosial şəbəkələrdə haqlı müzakirələrə səbəb olub.


Məsələn, tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli bu barədə özünün "Facebook" səhifəsində yazır: "Deputat Rüfət Quliyev deyir ki, 2-3 manata olan dərmanları 150-200 manata satdıran monopolist kəmaləddin qafarovıar, ülvi quliyevlər və cavanşir feyziyevlər yox, oliqarx Məmmədhəsən əmidir..."

Onu da qeyd edək ki, müzakirəyə qoşulan sosial şəbəkə istifadəçiləri də Rüfət Quliyevə iradlarını bildirib və belə bir çağırışda bulublar: "Rüfət Quliyev heç olmasa Cavanşir Feyziyevin adını çəksin..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru