Prezidentə ŞİKAYƏT: "Əvvəl şikayətimə cavab verirdilər, Naziri Sahil Babayevə müraciət edəndən sonra heç bir cavab gəlmədi.."
13-10-2022, 09:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Ucar rayon Alpout kənd sakini Məmədov Samir Ağahüseyn oğlu tərəfindən
MÜRACİƏT
Möhtərəm cənab Prezident, bir neçə ildir ki, beş nəfərdən ibarət olan ailəmi ünvanlı dövlət sosial yardımla dolandırıram Nə mənim, nədə həyat yoldaşımın daimi iş yerimiz yoxdur. Üç azyaşlı övladımız var. Həyat yoldaşımla mənim pay torpaq sahəmizi var. Xırda əkinçilik təsərrüfatı ilə məşğul oluruq. Birdə günə 3-5 manat olanda fəhləlik edirəm. 2022-ci ilin yanvar ayından ünvanlı sosial yardımımız bir ili tamam olduğuna görə dayandırılıb.. Yenidən sənədləri topalayıb elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Müraciətim 30 mart 2022-ci il tarixində rəsmi qaydada VEMTAS tərəfindən qeydiyyata alındı. Lakin qısa müddətdən sonra imtina edildi. Həmin vaxtdan 6 dəfə müraciət etmişəm. Bu müraciətlərimin beşinə imtina verilib. Sonuncu imtina, «Başqa şəxsə aid telefon nömrəsinin qeyd edilməsi» göstərilmişdi.Bu imtinadan sonra mən məcbur olub Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə mətbuat vasitəsi ilə müraciət etdim. Bu müraciətimdən sonra mənə imtina gəlmədi. Amma cavabda verilmir.
Belə ki, 20 sentyabr 2022-ci il tarixində etdiyim müraciətim VEMTAS tərəfindən qeydiyyata alınıb. Qeydiyyata alındıqdan bir neçə gün sonra nazirliyin əməkdaşları tərəfindən ailəmin maddi-məişət şəraitidə yoxlanılıb. Cavab gəlmədiyinə görə nazirliyin 142 çağrı mərkəzinə zəng etmişik, onlayn qaydada ərizə ilə müraciət etmişik. Hər dəfə cavab verirlər ki, 15 iş günündə cavab veriləcək. Artıq 22-23 gündür ki, müraciətimiz olsada, cavab verilməyir. Elektron, onlayn, çağrı mərkəzinə zəng etməklə və mətbuat vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə dəfələrlə müraciətlər edib köməklik göstərməsini xahiş etmişəm. Amma daşdan səs çıxıb, ondan səs çıxmayır.
Möhtərəm cənab Prezident, bütün bunlara görə məcbur olub mətbuat vasitəsi ilə Sizə müraciət edirəm və xahiş edirəm mənə köməklik edəsiniz
Hörmətlə: Məmmədov Samir Ağahüseyin oğlu


