Asan İmzanın qiyməti niyə bahalaşır? – Video

13-10-2022, 10:48           
Asan İmzanın qiyməti niyə bahalaşır? – Video
“Asan İmza”nın qiyməti 23 manatdan 26 manata yüksəlib.

Teref.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, ümumiyyətlə son vaxtlar bu növ imza alanların sayı azalıb.

Dövlət Vergi Xidmətindən bildirdilər ki, “Asan İmza” informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi və göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı olaraq tətbiq olunur.

Ümumi nəzarəti Dövlət Vergi Xidməti həyata keçirsə də, xidmətin təminatçısı “BEST Solutions” şirkətidir. Qiymət artımı ilə bağlı şirkətə ünvanlanan müraciətlər isə cavabsız qalıb.

“Asan İmza”nın rəsmi dillerindən birinin satıcısı deyir ki, son vaxtlar bu imza üçün müraciət edənlərin sayı azalıb.

Ekspertlər düşünürlər ki, Asan İmza-nın rüsumu artmaqda davam edərsə, bu, ölkədə elektron xidmətlərə marağın azalmasına gətirib çıxara bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru