İspaniyada tələbə imtahan suallarının cavablarını 11 qələm üzərində yazıb - FOTO

13-10-2022, 11:59           
İspaniyada tələbə imtahan suallarının cavablarını 11 qələm üzərində yazıb - FOTO
Malaqa Universitetinin hüquq üzrə müəllimi Yolanda Le Luki sosial şəbəkədə imtahan zamanı tələbədən aldığı qələmlərin fotosunu yerləşdirib.

Gənc oğlan 11 qələm üzərində İspaniyanın cinayət-prosessual məcəlləsindən çıxarışları həkk edib.

Müəllim bildirib ki, bu qələmləri vaxtilə ona imtahan verməyə gələn tələbədən alıb. O, indiki tələbələrin belə zəhmətə alışmadıqlarını və yalnız “düymə basmaqla” yaşadıqlarını bildirib.

Professorun paylaşımı yüzminlərlə bəyənmə toplayıb və on minlərlə dəfə retvit edilərək populyarlaşıb.

Yolanda bu “sənətkarın” İspaniya hüququ üzrə imtahandan keçib-keçmədiyini deməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru