Qayda pozan sürücünün cəriməsi qonşusuna göndərildi - VİDEO
18-05-2016, 03:07
Poçtalyonun səhvi ucbatından sürücü törətdiyi qayda pozuntusundan gec xəbər tutub.
Xezerxeber.com bildirir ki, Yol polisinin yazdığı cərimə Yaşar Qurbanovun ünvanına gedib çatsa da, törətdiyi qayda pozuntusundan qonşusu vasitəsilə xəbərdar olub. Bu isə onun həm əlavə xərcə düşməsinə, həm sürücü və yol polisi arasında mübahisəyə, həm də cəriməni vaxtında ödənməsi ilə bağlı 10 faizlik güzəştdən məhrum olmasına gətirib çıxara bilərdi.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, əgər məktubda yazılan ünvanda heç kim yoxdursa, o zaman protokol poçtalyon tərəfindən poçta qaytarılaraq aidiyyəti üzrə yol polisi bölməsinə göndərilir. Burada isə həmin ünvanda heç kimin olmaması ilə bağlı qeyd aparılır.
Əgər Mərkəzi İnformasiya Sistemində protokol çatdırılmış kimi göstərilibsə və bundan sürücünün xəbəri yoxdursa belə, sürücü protokolun necə çatdırılması ilə bağlı araşdırma aparılması üçün Yol polisinə müraciət etməlidir.