İşçi hansı hüquqları var və hansı qaydada istifadə edə bilər?
13-10-2022, 10:21

İşçinin şəxsi işlərinin həlli, yaxın qohumlarının xəstələnməsi, yaxın qohum və dostlarının dəfnində iştirak etmək, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq və sair hüquqlarından istifadə etməklə işə gəlməmək hüququ vardır. Bu hüquqdan işçi aşağıdakı qaydada istifadə edə bilər və bu hallar aşağıdakı qaydada tənzimlənə bilər:
Bu hal işçi ilə bağlanmış Əmək müqaviləsi ilə tənzimlınə bilər, ödənişli və ya ödənişsiz.
Bu hal Kollektiv müqavilə ilə tənzimlənə bilər, ödənişli və ya ödənişsiz.
İşəgötürənin əmri və ya onun digər normativ xarakterli hüquqi sənədləri ilə tənzimlənə bilər.
İşçi ödənişli məzuniyyət günlərinin bir neçə təqvim günündən istifadə edə bilər.
İşçi ödənişsiz məzuniyyət hüququndan bir neçə gün üçün istifadə edə bilər.
İşçi və işəgötürənin qarşılıqlı razılığı əsasında işçiyə müəyyən müddətə icazə verilə bilər.
Bir faktı da nəzərə almaq lazımdır ki, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi ilə əlaqədar bütün iş günü ərzində işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin gobud surətdə pozulması hesab edilmir və əmək müqaviləsinin ləğv edilməsinə səbəb olmur. Lakin, bu halda həmin günlır üçün əmək haqqı ödənilmir.
Azər Quliyev.
Teref.az