Anar krediti geri ödədi? - “Söz veririk ki, qaytaracağıq”

13-10-2022, 15:57           
Anar krediti geri ödədi? -
Məlum olduğu kimi, bu ayın sonunda Yazıçılar Birliyinin növbəti qurultayının keçiriləcəyi gözlənilir.

AYB-nin sədri yazıçı Anar Rzayev bir neçə dəfə vaxtı dəyişdirilən XIII qurultayın keçirilməsi üçün maliyyə vəsaitinin lazım olduğunu bildirib. O, bunun üçün bankdan kredit götürdüklərini qeyd edib:

"Bizə pul lazım idi. Pul ayırıblar, amma həmin maliyyə hesaba yatmayıb. Onun üçün də kredit götürdük. Pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borcumuzu bağlayacağıq".

Bu gün Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının keçirilməsi üçün 203,6 min manat vəsait ayırıb. Nazirlikdən həmin vəsaitin oktyabrın 6-da birliyin hesabına köçürüldüyünü bildiriblər. Götürülən kreditin banka ödənilib-ödənilmədiyini öyrənmək üçün Birliyin sədri Anar Rzayevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

TEREF.AZ-ın bilgisinə görə, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin katibi Xəyal Rza Cebhe.info-ya açıqlamasında dedi ki, bu, hazırlıqlara başlamaq üçün az müddətə götürülmüş pul idi:

“Krediti yəqin ki, qaytarmışıq. Qaytarmamışıqsa, söz veririk ki, qaytaracağıq. Pulumuz varsa, krediti neyniyirik?!”

Xatırladaq ki, AYB-də qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. 2019-cu ildən bəri isə tədbirin pandemiya səbəbindən keçirilməsi mümkün olmayıb.
0












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.