Nazir: Musiqi məktəblərində korrupsiya, "ölü canlar" və digər pozuntu halları var

14-10-2022, 12:41           
Nazir:
Nazir: Musiqi məktəblərində korrupsiya, "ölü canlar" və digər pozuntu halları var
Musiqi məktəblərində pozuntular içərisində korrupsiya faktları da var.

Kaspi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir regionlardakı mədəniyyət müəssisələrində yoxlamalardan danışıb.

"Qeyd etmək istəyirəm ki, yoxlamalar zamanı olduqca ciddi pozuntular aşkar olunub. Ən çox pozuntu halları uşaq musiqi məktəblərində rast gəlinib. Sirr deyil ki, bu pozuntular içərisində korrupsiya halları, həmçinin musiqi məktəblərində nəzarət sisteminin olmaması, "ölü canlar" və digər bu kimi pozuntu halları da var. Sözsüz ki, bu pozuntular musiqi məktəblərinin fəaliyyətinə, onların gələcək nailiyyətlərinə mənfi təsir göstərir", - nazir deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru