"Həbsimin əsas səbəbi 05 sentyabr 2022-ci il tarixli vəsatətimdir." - Vəkil Elçin Sadıqov yazır

14-10-2022, 18:20           
"Həbsimin əsas səbəbi 05 sentyabr 2022-ci il tarixli vəsatətimdir." -
Belə ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi axır ki, həmin işdə açıq saxladığı vəsatəti bir daha qaldırmağımdan narahat olaraq ev dustaqlığı qərarında cinayət prosesi iştirakçıları ilə əlaqə saxlamamaq yazılmasını bəhanə edib məni T.Məmmədovun müdafiəsindən kənarlaşdırdı.
CPM-nin 7.0.18. Maddəsinə əsasən cinayət prosesinin iştirakçıları — təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidir.
R.Məmmədov barəmdə saxta və siyasi sifarişlə qaldırılmış cinayət işi üzrə CPM-nin 7.0.18. maddəsinin əhatəsinə düşmədiyinə (şahid olduğuna və şahidin cinayət prosesi iştirakçısı olmadığına) görə kənarlaşdırılma qərarı da qanunsuz və əsassız olmaqla yanaşı siyasi sifarişlidir və mənim vəkillik fəaliyyətimin qarşısını almaq üçün edilibdir.
Elçin Sadıqov
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru