"Kontakt Home"da `SIFIR FAİZ` BELƏ OLURMUŞ... - "Belə olur də..."
15-10-2022, 09:30
Artıq elə bir hal yaranıb ki, deputat Elnur Allahverdiyevə məxsus olduğu deyilən "Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı hər gün hansısa bir şikayəti işıqlandırmalı oluruq. Elə dünən belə bir narazı vətəndaş ifadəsini DİA.AZ olaraq işıqlandırmışdıq ki, bu gün növbəti anoloji fakta rast gəldik...
Deputatın şirkətinin `OUTLET` TƏLƏSİ... - İŞ MƏHKƏMƏLİK OLDU...
Beləliklə, "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Xəyyam Mehdi Cəfər adlı istifadəçi belə yazır:
"Kontakt home-da 0% kreditlə telefon alırdım. 329 manatlıq telefon 12 aya 49manatla hesablandı (588manat).
Hələ "savadlıca" izah edirlər ki, belə olur də... Alan deyilsən e..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...