"Görünür, nazirlər də xidməti maşınları ilə tez-tez tıxaca düşürlər,..." - Politoloq danışır
15-10-2022, 12:11
Baş nazir Əli Əsədovun oktyabrın 14-də sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair növbəti işçi müşavirə keçirilib. Səhv etmirəmsə, ötən həftə də oxşar müşavirə keçirilmişdi. Görünür, nazirlər də xidməti maşınları ilə tez-tez tıxaca düşürlər, hətta bu səbəbdən müşavirələrə gecikənlər barədə məlumatlar var. Teref.az yazır ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyir. Daha sonra politoloq deyir: Vəziyyət həqiqətən qəlizdir, maşınla evdən çıxmağa qorxuram, bu səbəbdən internet televiziya kanallarına evdən skype vasitəsilə müsahibələrə üstünlük verirəm. Jurnalist dostlarım bəzən inciyirlər, ancaq səbəbini hər dəfə izah etməyə çalışıram: yollarda vaxt itirmək istəmirəm, həmin zamanı səmərəli istifadə etməyə çalışıram, xəbərləri izləyir, yazılar hazırlayıram. Dəfələrlə olub ki, hansısa kanala müsahibəyə getmişəm, yola sərf etdiyim zaman müsahibəyə sərf edilən zamandan ən azı 3 dəfə çox olub. İnterneti, skype və zoom-u icad edənlərə Allahdan can sağlığı arzulayıram! Teref.az