Uşaqlarını təkbaşına böyüdən valideynlərə şad xəbər – iş saatı azaldıla bilər (VİDEO)

18-05-2016, 12:46           

3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlər üçün iş saatı azaldıla bilər. Bununla bağlı Əmək Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur.

Qüvvədə olan Əmək Məcəlləsinə görə, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 18 yaşadək işçilər, 1-ci, 2-ci qrup əlil işçilər, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçünsə 36 saatdan artıq olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, ölkədə qısaldılmış iş vaxtı 3 yaşadək uşaqlarını təkbaşına böyüdən valideynlərə də şamil ediləcək. Mütəxəssislər də qanun layihəsinə ediləcək dəyişikliyin valideyn-övlad münasibətlərinin inkişafına kömək edəcəyi fikrindədirlər.

Layihə plenar iclasda müzakirəyə çıxarıldı. Millət vəkili Fazil Mustafa yaş həddinin 3-dən 5-ə qaldırılmasını təklif etdi. Milli Məclisin sədr müavini Ziyafət Əsgərov isə təkliflə razılaşmadı. Və yeniliyin 3 yaşadək uşağını tək böyüdən valideynlərə şamil ediləcəyini bildirdi. Müzakirələrdən sonra Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqda qanun layihəsi qəbul olundu. (Region TV)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru