"Bu, ucuz vətənpərvərlik deyil, istehlakçının hüququnun tanınmasıdır" - Ekspert danışır
17-10-2022, 10:59

Son zamanlar ölkə bazarlarında etiketində Azərbaycan dilində məlumatların yerləşdirilmədiyi ərzaq və sənaye məhsullarının satışına rast gəlinir.
TEREF.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov məlumat verib. O, qeyd edib ki, Dövlət Dili Haqqında AR-nın qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi: Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Nazirlər Kabinetinin 94 saylı qərarı, maddə 5.8. "Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır".
“Amma təəssüflər olsun ki, Dövlət dili haqqında qanunda, Nazirlər Kabinetinin 94 saylı qərarında, “İstehlakçıların hüquqlarının qorunması” haqqında qanunda bir mənalı şəkildə yazılır ki, ölkənin əmtəə bazarında olan bütün mallar, xaricdən gətiriən məhsullar xarici dillə yanaşı milli dillə də markalanmalıdır. Bu, ucuz vətənpərvərlik deyil, istehlakçının mal haqqında məlumat almaq kimi beynəlxalq və yerli hüququnun tanınmasıdır. Bütün mallar, sənaye malları da belə olmalıdır.
Mən uzun illərdir ki, bu məsələ ilə məşğul olsam da, bu gün yenidən Gömrük Komitəsinin sədrinə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəisinə, eləcə də Antiinhisar və Bazara nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi məktublar yazışam ki, bu məsələ həll olunmalıdır. Milli dildə markalanma məsələsi, Ermənistandan, Gürcüstanda həll olunub. Bu məsələ Azərbaycanda hələ də həll olunmadan qalır. Mənim ofisimdə İran malları var. Üzərində istehsal tarixi, son istifadə müddəti fars əlifbasında yazılıb, heç nə başa düşülmür. Bunu istehlakçılar gətirib. Çeklərini də gətiriblər. Vətəndaşlar soruşur ki, “bu məsələ niyə həll edilmir”. Bu məsələni bütün dövlət orqanlarına da ünvanlamışam” - deyən ekspert bildirib ki, artıq AQTA məsələ ilə maraqlanmağa başlayıb. Onun sözlərinə görə, AQTA bu məsələ ilə bağlı idxalçılar üçün xüsusi pəncərə açıldığını bildirib. Həmin pənrəcədə müəyyən rekvizitlər daxil edilir. Həmin rekvizitlərdən biri də malların milli dildə markalanması məsələsidir. Və həmin pəncərə doldurulmasa, məhsullar ölkəyə buraxılmayacaq.
Eyyub Hüseynov qeyd edib ki, bu məsələdə əsas qanun pozuntusu İran dükanlar şəbəkəsindədir. İstehlakçılar bildirir ki, dövlət orqanlarına müraciət etsə də, ona “başdansovdu” cavablar verilib. Nümunələr hazırda bizdədir.
Ekspert məsələ ilə bağlı digər dövlət qurumlarına da müraciətlər ünvanlayacaq. AQTA-nın məlumatında isə, sahibkarlara müraciət edərək bildirilir ki, üzərindəki etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkə ərazisinə buraxılmaması və idxalçı ölkəyə geri qaytarılmasının tətbiqinə başlanılıb.