Masallı Maliyyə İdarəsində büdcə necə formalaşır?

19-05-2016, 12:06           
Masallı Maliyyə İdarəsində büdcə necə formalaşır?
Zeynalov büdcə təşkilatlarından 20 faiz almadan işlərini həll etmir

Masallı Maliyyə İdarəsində əsl bazar qanunları hökm sürür. İdarənin rəisi Azər Zeynalov büdcə təşkilatları ilə əlbir olaraq, dövlət büdcəsindən pul ayrılmasının biznesini təşkil edib.

Məlumatda deyilir ki, Zeynalov büdcə təşkilatlarının rəhbərliylə anlaşaraq, onlar üçün büdcə hazırlayır. Həmin hazırlanmış büdcədə məbləğlər məqsədli şəkildə şişirdilir. Belə ki, idarə müdiri ötən ilə nisbətən 100 min manat artıq pul almaq istəyirsə, bunun üçün 20 min manatından keçməlidir. Bəzən isə bu rəqəm 50 min manata qədər qalxa bilir.

Azər Zeynalov həmin pulları nağd almadan heç bir sənədi təsdiqə göndərmir. Üstəlik, bunun üçün yuxarılara da pul verdiyini iddia edir.

Qeyd edək ki, Masallı Maliyyə İdarəsinin rəisi Azər Zeynalov Maliyyə Nazirliyindəki tanışlarının hesabına bu vəzifəni tutub. Həmin tanışları ona iş verərək, orada başını qarışdırmasını istəyiblər. Lakin sözügedən şəxs nəinki başını qarışdırıb, hətta büdcə pullarını mənimsəməkdə ad çıxarıb. Elə bu səbəbdəndir ki, kəndlər üzrə ayrılmış pulların, xüsusən də ərzaq alınması üçün ayrılmış pulların böyük qismi idarə rəisi ilə qarşı tərəf arasında bölüşdürülür. İş o həddə çatıb ki, hətta Masallı Mərkəzi Xəstəxanasına ayrılan pullara da şərik dayanıb.

Azər Zeynalov dövlət büdcəsindən bələdiyyələrə ayrılmış dotasiylara da göz dikib. Belə ki, o, bələdiyyə sədrləriylə anlaşaraq, onlara ayrılmış pulun 20 faizini özünə götürür. Yerdə qalan hissə isə ödənildikdən sonra hesabat zamanı yenə əlavə ödənişlər etmək məcburiyyətində qalırlar.

Bu əsnada, o da bəlli olub ki, Azər Zeynalov işdən sonra restoranlardan birinə qapanaraq, yıxılana qədər içməyi sevən məmurlardandır. Onun hətta bir dəfə çox içməsi səbəbindən başına bəla da gəlib. Belə ki, Masallı Maliyyə İdarəsinin müdiri sərxoş halda yolla hərəkət edərkən, «Muravey» tipli motoskletin altına yıxılıb. Ağzı, gözü partlayan idarə rəisini elə motoskletin arxasında xəstəxanaya gətiriblər. (politika)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.