Mingəçevir Universitetində nə baş verir- Şikayət

20-05-2016, 01:03           

teref.az saytının elektron poçtuna Mingəçevir Dövlət Universitetiylə bağlı şikayət daxil olub.Mənbənin verdiyi məlumata görə,martın 15-16 da universitetdə dövlət imtahanı keçrilib.Mənbə qeyd edir ki, imtahanlar şəffaf keçib və rüşvət halları qeydə alınmasada sonradan diplomların verilməsində yubanma olub. Deyəsən univeristet rəhbərliyi rüşvət almadıqları üçün peşman olublar. İmtahandan sonra diplomları almaq üçün gələn tələbələri sabah sabahla yola salırdılar. Sabah sabaha salınan bu məsələ, indi də sentyabr ayına qalıb. Artıq hamıya deyiblər ki, diplomlar sentyabr ayında veriləcək. Lakin burda hamını narahat edən bir məsələ var, avqust ayında müəllim işinə qəbul üçün imtahanlar keçiriləcək.
Diplomsuz kim imtahan verə biləcək?. Və ya bu növbəti rüşvət almaq üsuludur? Hər halda buna MDU-nin rəhbəliyi aydınlıq gətirər.
Görəsən universitet rəhbərliyi nə düşünür?
Qarşı tərəfin fikirini öyrənməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.