VASİF TALIBOVUN YÜK MAŞINLARI GÖMRÜKDƏ YOXLAMADAN KEÇMİRMİŞ - Artıq keçir...

5-12-2022, 11:08           
VASİF TALIBOVUN  YÜK MAŞINLARI GÖMRÜKDƏ YOXLAMADAN KEÇMİRMİŞ -
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən antikorrupsiya tədbirləri nəticəsində Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbova xidmət edən , onun qanunsuz varlanmasına göz yuman bir neçə gömrük orqanı əməkdaşı İran və Türkiyə sərhəd postundakı işindən uzaqlaşdırılıb.

Bu barədə Gununsesi.info-ya Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərindən biri deyib.

Adının çəkilməsini istəməyən gömrük xidməti generalı bildirib ki, uzun illər iki qonşu ölkənin gömrük-keçid postlarında çalışan 16 nəfər şəxsdən bəziləri sərəncama götürülüb, bəzilərinin isə xidmət yeri dəyişdirilib: “Bəlli günlərdə, bəlli yük maşınları gəlirmiş. Həmin maşınlar gömrük yoxlamasından keçmədən Muxtar Respublikaya daxil olurdu. Bu şəxslərə belə göstəriş verilmişdi, ona görə də göz yumurdular. Artıq bu şeylər geridə qalıb, Naxçıvan gömrüyü də üzərinə düşən missiyanı qanunla həyata keçirir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru