Niderland Ukraynaya 1 milyard avroya yaxın hərbi yardım edib

19-12-2022, 10:12           
Niderland Ukraynaya 1 milyard avroya yaxın hərbi yardım edib
Niderlandın Ukraynaya verdiyi hərbi yardımın ümumi dəyəri 987 milyon avroya çatıb.

“Report” xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.

Onun sözlərinə görə, müvafiq məbləğə avadanlıq üçün 697 milyon avro, 120 milyon avro hərbi yardım paketi və Ukrayna Beynəlxalq Fonduna 100 milyon avro töhfə daxildir.

Bundan əlavə, Niderland da NATO-nun Ukraynaya hərbi dəstək fonduna 25 milyon avro ayıracaq. Bu fond yanacaq, geyim və dərmanların alınması üçün nəzərdə tutulub.

Müdafiə naziri onu da qeyd edib ki, bu müharibənin sonu hələ görünmür və qış olmasına baxmayaraq Rusiya Ukraynanın infrastrukturuna və enerji təchizatına havadan zərbələr endirməkdə davam edir:

“Ancaq Ukrayna köməklə dözə bilər”, - müdafiə naziri deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru