Bakıda şirniyyat mağazasında RƏZALƏT – Siçovul məhsulun üzərində GƏZİR

20-12-2022, 17:30           
Bakıda şirniyyat mağazasında RƏZALƏT –
Paytaxtda şirniyyat mağazalarından birində xoşagəlməz hal yaşanıb.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən şirniyyat evində siçovulun məhsulların üzərində gəzdiyi müşahidə edilib.

İyrənc mənzərə sosial şəbəkə istifadəçilərində də həmin satış obyektinə qarşı ikrah hissi oyadıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik.

Qurum rəsmisi Mansur Piriyev Bizim.Media-ya açıqlamasında qeyd olunan məsələnin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürüldüyünü bildirib:

“Məlumat sosial şəbəkədən götürülərək hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, yayılan görüntülərin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Balaca” adlı şirniyyat mağazasına aid olduğu iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru