Hacı Mazan binanın liftini özəlləşdirib? - Bina sakinlərinin hüquqları pozulur

20-12-2022, 17:56           
Hacı Mazan binanın liftini özəlləşdirib? -
"Hacı Mazan" ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalovun barəsində daha bir qalmaqallı məlumat sosial medialardan birində yayımlanıb.

TEREF.AZ "DogruXeber.az"a istinadla xəbər verir ki, yayılan məlumatlarda Hacı Mazanın yaşadığı Şövqüyar Abdullayev. Ev 23 ünvanında binanın iki liftindən biri birbaşa 9-cu mərtəbəyə - onun evinə işlədiyi, başqalarının o lifdən istifadə etməsinin mümkünsüz olduğu bildirilir.
Binanın digər sakinlərinin liftdən istifadə edə bilmələri üçün isə onlara 1000 (min) manat ödəməklə liftdən istifadə kartı təklif olunur.
Ödənişi ödəyə bilməyən sakinlər bu durumdan narazılıq edir, digər liftin isə tez-tez xarab olduğunu bildirirlər.

Hüquqşünaslar isə bunun bina sakinlərinin mülkiyyət hüququnun pozulması halı, sakinlərin isə Ramazan Zeynalov barəsində məhkəmə müraciət etməklə, pozulmuş hüquqlarını bərpasını tələb etmək haqqlarının olduğunu bildirirlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.