Mərkəzi Bankda iqtisadi sahədə tanınmış mütəxəssislərin görüşü keçib
21-12-2022, 12:38

Bu gün Mərkəzi Bankın əsas binasında MB sədri Taleh Kazımovun təşəbbüsü ilə iqtisadi sahədə tanınmış mütəxəssislərin görüşünə dəvət almışdım.
Açığı, gözləmədiyim halda çox maraqlı görüş və diskussiya oldu, MB-ın yeni təyin olunmuş sədri Taleh müəllimə dəvətə və səmimi müzakirələrə görə təşəkkür edirəm. Bir çox problemlərdən danışdıq, mən əsas 4 məsələni qaldırdım:
1) Vətəndaşlara valyuta satışına 20 min manatlıq məntiqsiz illik limit,
2) Bank sisteminə xarici bankların birbaşa daxil olmasına yaradılan maneələrin səbəbləri,
3) Azərbaycan iqtisadiyyatının institutsional zəif olması və bunun MB-ın işinə mənfi təsirləri,
4) Siyasi Partiyalara və QHT-rə ianə toplamaq üçün xüsusi tədbiqlərə və proqramlara icazə verilməməsi məsələsi.
Bütün suallara mümkün qədər açıq cavablar səsləndi, sonda belə görüşlərin tez-tez keçirilməsinə qərar verildi.
Görüşdə Rovshan Agayev, Akram Hasanov və digər mütəxəssislər iştirak edirdilər, əziz dostum Самир Алиев dəvət alsa da şəxsi işlərinə görə iştirak edə bilməmişdi.
Gələn görüşdə Азер Мехтиев Hocamın da iştirakını təklif etdim, sağ olsunlar, qəbul etdilər. İndi əsas məsələ belə görüşlərin pozitiv nəticələrə səbəb olmasıdır, məncə, mümkündür.
Natiq Cəfərli
Teref.az