Kreditin maaşdan tutulması qanunla tənzimlənirmi? - Video

27-05-2016, 09:01           

Bəzi banklar kredit verərərkən belə bir şərt qoyurlar ki, aylıq kredit ödənişi müştərinin maaşından çıxılacaq. Bu müştəri üçün bir sıra problemlərə gətirib çıxara bilər. Çünki bank hər ay maaşdan çıxır, amma ortada hər hansı bir qəbz yoxdur.

Ekspertlər deyirlər ki, əslində bankların bu cür addımı qanunvericiliklə də tənzimlənmir.

Artıq bəzi banklar müştəri ilə kredit müqaviləsi imzalayarkən həmin sənədə bu prosesin tətbiq edilməsi ilə bağlı bənd də salıb.

Bank hüquqşünası Anar Ramazanov deyir ki, əslində kredit müqaviləsinə belə bir bəndin salınması notarial qaydada təsdiq olunmalıdır.

Belə bir məqam var ki, vətəndaş kreditini qaytararkən ona ödədiyi məbləğ haqqında qəbz verilir. Bank isə müştərinin maaşından krediti çıxanda ortada hər hansı bir qəbz olmur. Sual yaranır ki, məbləğlə bağlı hər hansı problem yaranarsa, bu necə həll oluna bilər?

Mütəxəssislərin fikrincə bu, bankların müştərilərin ehtiyacından sui-istifadə etməsidir.

Xəzərxəbər.com
[media=https://www.youtube.com/watch?v=izjGX-tzhpc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru