"22.12.2022" - Restoranlarda "zerkalnıy" tarix üçün toy qiymətləri qaldırıldı

22-12-2022, 11:23           
"22.12.2022" -
Bu gün 22.12.2022-ci il tarixidir. Gözə gözəl görünən belə tarixlər özəl günləri daha da yaddaqalan etmək üçün ideal seçimdir.

Əlamətdar günlərinin məhz bu tarixdə keçirilməsini istəyənlər də kifayət qədər çoxdur.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hətta bəzi vətəndaşlar şadlıq evləri və restoranlarda bu tarixləri aylar öncədən pul ödəyərək bron etdirir.

Paytaxtda yerləşən bəzi şadlıq evlərinin işçiləri də bu iddianı təsdiqlədilər.

Bildirdilər ki, "zerkalny" tarixlərdə toy etmək istəyənlərin sayı adi günlərə nisbətən qat-qat çox olur. Elə bu səbəbdən də seçim edən restoran ən yüksək qiyməti təklif edən məclisə üstünlük verir.

Məlumata görə, özəl tarixlərin toy qiymətinə təsiri 25-30% civarında artımla nəticələnir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru