Tarixdə ilk dəfə: Ukraynada dəniz limanı hərraca çıxarılıb

23-12-2022, 11:44           
Tarixdə ilk dəfə:
Ukraynanın Dövlət Əmlak Fondu “Ust-Dunaysk” (Odessa vilayəti) limanının əmlak kompleksinin satışı üzrə hərrac elan edib.

Fondun Odessa və Nikolayev vilayətləri üzrə regional bölməsinin rəhbəri Aleksandr Slavskinin sözlərinə görə, ən kiçik dəniz limanlarından biri olan Ust-Dunaysk Dəniz Ticarət Limanı dövlət müəssisəsinin vahid əmlak kompleksi özəlləşdiriləcək.

Məlumata görə, 2019-cu ildə limanın yük dövriyyəsi cəmi 71 min ton (ölkənin bütün dəniz limanlarının yük dövriyyəsinin 0,05%) təşkil edib.

Limanın özəlləşdirilməsi üzrə hərrac 2023-cü il yanvarın 17-nə təyin edilib. Onun başlanğıc qiyməti 60 milyon qrivnadır (təxminən 1.6 milyon dollar)

Limanın daşınmaz əmlakı Odessa vilayətində, Kiliya, Vilkovo şəhərlərində və Qara dənizin Jebriyanovskaya körfəzində yerləşir. Obyektə həmçinin 15 gəmi, 4 üzən yanalma körpüsü və 6 nəqliyyat vasitəsi daxildir.

Mənbə: unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru