Kəmalə Ağazadə davamlı olaraq təhdid və şantaj edirlər...

23-12-2022, 11:40           
Kəmalə Ağazadə davamlı olaraq təhdid və şantaj edirlər...
Teref.az yazır ki, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə davamlı olaraq təhdid,şantaj olunur və ölümlə hədələnir. Kəmalə xanım bunu öz feysbuk səhifəsində yazıb.
Teref.az olaraq Kəmalə xanımın yazdığı statusu təqdim edirik:
"Əziz dostlar!
Son günlər fəaliyyətimlə bağlı bir neçə şəxs tərəfindən davamlı olaraq təhdid,şantaj olunuram, ölümlə hədələnirəm.
Davamlı olaraq nüfuzuma xələl gətirən yalan məlumatlar paylaşılır.Artıq təhdidlərin məzmunu həyatıma,ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq mühafizə orqanlarına müraciət etməyə qərar verdim. Əminəm ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi , o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu bu məsələni araşdıracaq və hüquqi qiymət verəcəkdir.
P.S. Təhdidlər bir neçə gün öncə 2 yaşlı körpənin durumu ilə bağlı yazdığım statusdan sonra başlayıb."
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru