Sürücülərin NƏZƏRİNƏ: Pullu yoldan belə istifadə ediləcək - VİDEO

25-12-2022, 10:00           
Sürücülərin NƏZƏRİNƏ: Pullu yoldan belə istifadə ediləcək - VİDEO
Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolu gələn ilin may ayında açılacaq.

Publika.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib.

O bildirib ki, Bakı-Quba yolunda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb. Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb.

O ki qaldı qiymətlərə, Agentlik sədri əlavə edib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq. Onun sözlərinə görə, tariflər təqdim olunub və tezliklə müvafiq sərəncamların veriləcəyi gözlənilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru