İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni təyinat

27-05-2016, 13:05           

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini təyin edilib.
Trend-in əldə etdiyi məlumata görə, Agentliyə direktor müavini Bayramova Nigar Yusif qızı təyin edilib.
O, 1987-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə mühasib kimi başlayıb, 2010-2016-ci illərdə “PAŞA Sığorta” ASC-də baş mühasib vəzifəsində çalışıb.
2016-cı ilin aprel ayından etibarən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə – mühasibat şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəlidir, bir övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru