"Bizə təklif edirlər ki, istəsək, yeni marketdə işimizə davam edə bilərik".

28-12-2022, 08:32           
"Bizə təklif edirlər ki, istəsək, yeni marketdə işimizə davam edə bilərik".
Naxçıvanda tezliklə "Bravo" marketlərinin fəaliyyətə başlaması gözlənilir. Bu marketlərin Talıbovlara məxsus obyektlərdə fəaliyyət göstərəcəyi bildirilir. TEREF.AZ yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a həmin obyektlərdə çalışan satıcılar məlum verib. Satıcılar deyir ki, bu məqsədlə Talıbovlardan müsadirə olunan obyektlərdə qalan mallar dəyər-dəyməzinə satışa çıxarılıb:
"Bakıdan gələn tanımadığımız adamlardır. Durublar başımızın üstündə, malları 70-80 faiz endirimlə satdırırlar. Dedilər ki, burada" Bravo" marketlər açılacaq. Bizə təklif edirlər ki, istəsək, yeni marketdə işimizə davam edə bilərik".
Yerli sakinlərin məlumatına görə, şəhər mərkəzindəki yenicə təmirdən çıxmış keçmiş "Gənclik Mərkəzi" də bir neçə gündür hasara alınıb. Burada da "Bravo"nun fəaliyyətə başlayacağı bildirilir:
"Hasara alındığı, mühafizə olunduğu üçün içəri girmək mümkün deyil. Vasif Talıbovun istefasından dərhal sonra orada hazırlıqlar gedir. Hazırlıqları aparanlar isə yerli sakinlər deyil. Mühafizəçilər deyir ki, “Bravo”nun açılmasına hazırlıq gedir".
Bundan əlavə muxtar respublikanın rayon, qəsəbə və kəndlərində də "Bravo" marketlərinin açılışına hazırlıqlar getdiyi bildirilir.
"Bravo" marketlər şəbəkəsinin Paşayevlərin nəzarətində olduğu bildirilir. Məlumata görə, şəbəkə uzun müddətdir ki, Naxçıvanda da fəaliyyətə başlamaq istəsə də, muxtar respublikanın keçmiş rəhbəri Vasif Talıbov buna imkan yaratmırmış. Talıbovun vurularaq, istefaya məcbur edilməsini onun Paşayevlər qarşı bu dirənişi ilə bağlayanlar da var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.