İsa Həbibbəylidə Ayaz Mütəllibov sevgisi hardan qaynaqlanırdı?
29-12-2022, 11:06

Pəncov İsanın Ayaz Mütəllibov sevdası
İsa Həbibbəylinin kəndliləri akademikbaşından şikayətçidirlər.
Deyirlər ki, kəndlərinin adına Şəhid Məmməd adı vermişdilər. İsa Həbibbəyli sovet agenti olduğundan kəndin bu adını bəyənməyib. İlk dəfə mərhum prezident Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri olduğu zamanda kəndin şəhid adıyla anılmasını istəməyib və ona Dan yeri adını qoymağa təşəbbüs göstərib. Səbəbini də bununla izah edib ki, şəhid Məmməd Məmmədov adi bir sürücü olub. Bir kənd sürücü adı daşıya bilməz.
Heydər Əliyev İsa Həbibbəylinin bu təklifini geri çevirsə də, Vasif Talıbov onunla razılaşıb və kəndin adını dəyişdirib Dan yeri qoyub.
Kənd sakinləri Dan yeri adının qondarma olduğunu və Şəhid Məmməd adlanmamışdan qabaq həmin yaşayış məkanına Yeni kənd deyildiyini bildirirlər. Onların fikrincə, kəndə 1991-ci ildə sakinlərin yekdilliklə qəbul etdiyi Şəhid Məmməd adı qaytarılmalıdır.
Kənd sakinlərinin iddiasına görə, İsa Həbibbəyli və onun tayfası 1990-91-ci illərdə Heydər Əliyevə qarşı anti-təbliğat aparır, açıq şəkildə Ayaz Mütəllibovu dəstəkləyirdi. Hətta qardaşı Əli həmin illərdə anadan olmuş oğluna məhz bu səbəbdən Ayaz adı qoymuşdu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə İsanın üzü dönür və yeni rəhbərə məddahlıq etməyə başlayır. Beləcə Vasif Talıbovun gözünə girməyi bacaran Pəncov İsanın ilk işi kəndə uydurma ad qoymaq olur.
Heydər Oğuz
Teref.az