"Bizim nəslimizin 2 milyon pulunu mənimsəyib..." - Müharibə veteranından MÜRACİƏT
29-12-2022, 17:31

Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyev cənablarına Bakı şəhəri, S. Vurğun küçəsi, ev 36, mənzil 27 ünvanında qeydiyyatda olan, 1968-ci il təvəllüdlü müharibə veteranı Ağaquliyev Ədalət Valeh oğlu tərəfindən müraciət ünvanlanıb. DİA.AZ müraciətin mətnini olduğu kimi təqdim edir:
"Hörmətli Kamran müəllim! Bildirirəm ki, mənim şikayətim əsasında Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-də 220060363 saylı cinayət işi,Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.3.2-ci maddəsinə Tövsif edilərək,25 iyul 2022-ci il tarixdən cinayət işi başlanaraq istintaq olunur.
Cənab baş prokuror!
Bildirirəm ki, Misirov Elzadə Əziz oğlu məni və ətrafımdakı insanları aldadaraq, dələduzluq etməklə küllü miqdarda, bizim nəslimizin pulunu talamışdır.Mənə və qohumlarıma ,Misirov Elzadə Əziz oğlundan və onun himayədarlarından dəymiş ziyanın ümum məbləği 937,813 (Doqquz yüz otuz yeddi min səkkiz yüz on üç) ABŞ dolları + əlavə dəymiş ziyanların məbləği 1,067,000 (Bir milyon altmış yeddi min) ABŞ dolları təşkil edərək ümumilikidə dəymiş ziyanın ümum məbləği 2,004,813 (İki milyon dörd min səkkiz yüz on üç) ABŞ dolları olduğunu bildirirəm. Həmin cinayət işi üzrə mənə qarşı dələduzluq edərək, cinayət törətmiş şəxs Misirov Elzadə Əziz oğlunun mənə qarşı törətdiyi mərhələli cinayətlərində, yaxında ona himayədarlıq edərək, köməklik etmiş dostu ve şəriki Həsənov Nadir Əli oğlu , oğlu Misirov Vadim Elzadə oğlunun, Misirov Elzadə Əziz oğluna bilərəkdən yaxından, bu cinayət işində iştirak edərək ona köməklik etdiklərinə, bu işdə bilavasitə Elzadənin sözü ilə iştirak etdikləri üçün , cinayət məsulliyyətinə alinmaqlarını, mənə və ətrafıma dəymiş küllü miqdarda maddi və mənəvi zərərlərin ödənilməsini istəyirəm. Bu insanların yaxınnan bu cinayət işində iştirakları mənim ərizəm əsasında toplanmış 220060363 saylı cinayət işinin materiallarinda öz əksini derin , danılmaz faktlarla və sübutlarla tapmışdır.
Cənab Baş Prokuror!
Bununla yazıb sizdən xahiş edirəm ki, mənə və ətrafıma qarşı dələduzluq edən ,Misirov Elzadə Əziz oğlu və onun himayədarları olan şəxslərin barəsində məsuliyyətə cəlb alınmalarına göstəriş verəsiniz.
Cənab Baş Prokuror!
Bildirirəm ki,mənə və yaxınlarıma qarşı növbəti dəfə bu cinayət işini ört basdır etmək məqsədi ilə, haqsız, Avropa insan haqlarını pozan Konustitutsiyaya zid ,bir neçə illərlə ədalətsiz , qurama məhkəmə qərarları, əvvəlcədən düşünülmüş və birtərəfli sübutlara əsaslanaraq Cinayətkar dələduzun xeyrinə , cinayətkarı istintaq prosesindən qəstən yayındırmaq məqsədi güdülərək , həqiqəti əks etdirməyən Məhkəmə Qərarları qəbul etdirilmişdir.
Cənab Baş Prokuror!
Bununla yazıb sizdən xahiş edirəm ki, təcili olaraq Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsindəki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis
İdarəsinin 220060363 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Misirov Elzadə Əziz oğlunun barəsindəki istintaq işini Nərimanov Rayonunnan uzaqlaşdırasınız və yaxud da Ciddi nəzarətinizdə sağlayasınız.
Bildirirəm ki, bu iş uzun illər, cinayətkarların Daxili İşlər Nazirliyinin əməkdaşları olduğu üşün, onların o sistemdəki yaxın əlaqələrinə görə, bu açılmış cinayət işini ört basdır etdirərək, Məhkəmə qaydasında birtərəfli tapşırıqlara əsasən qanuna zidd olan Ədalətsiz Məhkəmə Qərarları qəbul etdirib, bu Zulumkarlara bəraət qazandıraraq, bizim İnsani və konustitutsiya hüquqlarımızı 6 (altı) ildir belə pozaraq, o cinayətkarların vəkilləri vasitəsi ilə bu 220060363 saylı cinayət işinin Xitam etdirmək üçün qanuni zəmin hazırlamışlar. Burada yaşananlara belə Prokrorluq protestləri nəzərə alınmadan, bir gözə görükməyən Cinayətkar set, mütəşəkkil dəstə tərəfindən operativ idarə olunaraq , İnsan Ölümünə səbəb olmuş bu ağır mərhələli cinayyət işini ört basdır etməyi ,qarşılarına məqsəd qoyduqlarını nəzərinizə çatdırb bildirirəm ki, bu işi mümkünsə nəzarətinizə götürüb, Prokrorluğun İstintaq İdarəsində, və ya Bakı Şəhər Ağır Cinayətlər Üzrə İşlər İdarəsində , davam etdirilməsinə nəzarət qaydasında göstəriş verəsiniz. Çünki baxmayaraq ki, 25 İyul 2022-ci il tarixdən Nərimanov RPİİŞ-nın Qərarı ilə , Zərər Çəkmiş Şəxs Qismində tanınsamda, dəfələrlə müstəntiqin mənə zərərin 250000$(iki yüz əlli min) ABŞ dollarının ödənilməsi haqqında məlumat versədə, Bizim ailəyə 1 (bir) qara köpükdə ödənilməmiş və mənə dəfələrlə müstəntiq və Nərimanov rayon prokrorunun müavininin verdikləri sözləri yalan olmuşdur!
Bu səbəblərdən də Ailəlikcə hərtırəfli ağır sıxıntılar və istirablar içərisində qalmışıq, bu özbaşınalıqlara görə bir daha Allaha , Qanunumuzun Aliliyini nəzərə alıb və İnsanlıq xatirinə Göstəriş verəsiniz ki, haqq ədalət yerini tapsin, bizim pozulmuş hüquqlarımız bərpa olunsun, həyatımız normal axarına düşsün!
Xahiş edirəm ki, məsələnin təcili olduğunu nəzərə alaraq məni qəbul edəsiniz".
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...








