Jurnalistdən Culfanın icra başçısı Siyam Hacıyevə xəbərdarlıq...
31-12-2022, 11:31

Eşitdiyimə görə, Günayın atasını efirə çıxaracağımın anonsunu verdikdən sonra Culfanın icra başçısı Siyam Hacıyev qızın əmisinə zəng edib və qardaşını bu işdən yayındırmağa çağırıb.
Hətta ona deyib ki, guya mən Günayın atasına külli miqdarda rüşvət verib efirə çıxarıram.
Bəli, Siyam müəllim, mən Günayın atasına 10 milyon dollar rüşvət vermişəm. Qüdrətiniz çatırsa, siz 100 milyon dollar verin, onu bu yoldan çəkindirin.
Siyam müəllimin bu canfəşanlığını nəzərə alıb Günayın atasının etiraflarını bir qədər də qabağa çəkməyə qərar verdim. Çünki bu insanlardan hər şey gözləmək olar. Nə qədər gec deyil, şahidləri və zərərçəkənləri danışdırmaq lazımdır. Özü də yalnız bir kanalda yox. Əlim çatan bütün kanallarda bu pəzəvənglik mafiyasını ifşa edəcəyəm.
Günayın atası sabah mənim də iştirak edəcəyim LAF TV-dəki müsahibəsindən qabaq bu gün təxminən bir saatdan sonra Müsavat TV-nin qonağı olacaq. Qoy, talesiz ata ilkin təəssüratlarını Sevinc Telmanqızı ilə bölüşsün. Sabah saat 15-də LAF TV-də cinayətin daha dərin qatlarına nəzər salarıq.
Teref.az yazır ki, bunu Naxçıvanda baş vermiş şərəfsizliyin ilk üstünü acan və mətbuatda xəbərini verən jurnalist Heyder Oguz deyir.
Daha sonra fikirlərini şərh edən Heyder Oguz yazır:
Eşitdiyimə görə, Günayın atasını efirə çıxaracağımın anonsunu verdikdən sonra Culfanın icra başçısı Siyam Hacıyev qızın əmisinə zəng edib və qardaşını bu işdən yayındırmağa çağırıb.
Hətta ona deyib ki, guya mən Günayın atasına külli miqdarda rüşvət verib efirə çıxarıram.
Bəli, Siyam müəllim, mən Günayın atasına 10 milyon dollar rüşvət vermişəm. Qüdrətiniz çatırsa, siz 100 milyon dollar verin, onu bu yoldan çəkindirin.
Siyam müəllimin bu canfəşanlığını nəzərə alıb Günayın atasının etiraflarını bir qədər də qabağa çəkməyə qərar verdim. Çünki bu insanlardan hər şey gözləmək olar. Nə qədər gec deyil, şahidləri və zərərçəkənləri danışdırmaq lazımdır. Özü də yalnız bir kanalda yox. Əlim çatan bütün kanallarda bu pəzəvənglik mafiyasını ifşa edəcəyəm.
Günayın atası sabah mənim də iştirak edəcəyim LAF TV-dəki müsahibəsindən qabaq bu gün təxminən bir saatdan sonra Müsavat TV-nin qonağı olacaq. Qoy, talesiz ata ilkin təəssüratlarını Sevinc Telmanqızı ilə bölüşsün. Sabah saat 15-də LAF TV-də cinayətin daha dərin qatlarına nəzər salarıq.
Sonda Siyam Hacıyevə bəzi məsləhətlərdə bulunmaq istərdim. Bataqlığa düşən adam çabalamaz. Çabalarsa, daha tez bataqlıqda qərq olar. Siz də ona-buna zəng edib vəziyyətinizi mürəkkəbləşdirməyin. Ən yaxşısı susun və aqibətinizi gözləyin. Yox, illah da danışmaq istəyirsinizsə, biz sizə də efir imkanı verə bilərik. Zəhmət çəkin, jurnalistlərə zəng edin. Evini yıxdığınız insanlara yox.

Heydər Oğuz
Teref.az