Sayğacınızda pul ola-ola işıqsız qala bilərsiniz-Video

28-05-2016, 16:28           

SMS tipli elektrik sayğacınız varsa diqqətli olun!Paytaxtın Nəsimi rayonunda yaşayan bir şəxs, başına gələn hadisəni danışdıqdan sonra məsələni araşdırdıq. Məlum oldu ki, kiçik bir diqqətsizlik nəticəsində axşam saat 7-dən sonra belə sayğacı olanların hamısı bənzər problemlə üzləşə bilər.

İşıq axşam saat 8-də söndüyündən hara müraciət edəcəyini bilməyib. “Azərişıq”ın qaynar xəttindən isə sabahı gözləmək məsləhət görülüb. Sevil Tağıyeva Nəsimi rayonu Asim Məhərrəmov küçəsi 36, mənzil 2-də yaşayır. O, bina sakinlərinin bu problemlə tez-tez rastlaşdıqlarını deyir. Sayğacda pul olduğu halda işıqlarının söndüyünü bildirir. Əlavə pul yüklənildiyi halda belə enerjinin bərpasının təmin edilmir. Hər dəfə idarəyə zəng etmək və ya getmək məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Nəsimi rayon Enerji Satış İdarəsindən bildirilir ki, bu hal sms tipli sayğaclar üçün xarakterikdir. Bu sayğacların hər biri mobil nömrə ilə təmin olunub. Mobel operatorlarda şəbəkə itən zaman sayğacın məbləğindən asılı olmayaraq işıq da sönür.

İdarə əməkdaşının sözlərinə görə bu, bəzən bir abonentin bəzən isə eyni anda bir blokdakıların hamısının başına gələ bilər. Sayğacda pul qurtaranda işıq sönə bilər ki, bu zaman da idarəyə müraciət etmək lazımdır. Ölkədə 2 milyon 500 min elektrik enerjisindən istifadə edən abonent var. Onların 330 mindən çoxu smart kart tipli, 82 mindən çoxu isə sms sayğacdan istifadə edir. Yəni oxşar problem 82 minin hər birinin başına gələ bilər.

“Azərişıq” ASC-dən aldığımız məlumata görə sayğaclama prosesi respublika üzrə tamamlandıqdan sonra sms tipli olanların smart sayğaclarla əvəz olunması həyata keçiriləcək.

xezerxeber.com
[media=https://www.youtube.com/watch?v=2PtMGmp1F2I]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.