"Dəyərli Kapital Bank rəhbərliyi, bu bayram günlərində sizin təhlükəsizliklə bağlı hazırlıqlarınız sıfır!" - Baş redaktorun kartından pul oğurladılar

4-01-2023, 17:58           
"Dəyərli Kapital Bank rəhbərliyi, bu bayram günlərində sizin təhlükəsizliklə bağlı hazırlıqlarınız sıfır!" -
Dəyərli Kapital Bank rəhbərliyi, bu bayram günlərində sizin təhlükəsizliklə bağlı hazırlıqlarınız sıfır!
Mənə mesaj, bildiriş gəlmədən kartımda nə qədət vəsait var çıxarılıb. Söhbət 300 manatdan biraz çox vəsaitdən gedir, 18:00 Bakıda olmuşam, 19:21 və 19:34 radələrində kartdakı pulum başqa bir bəlli hesaba göndərilib.
Teref.az yazır ki, bunu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təsisçisi və sədri, 7news.az saytının Baş redaktoru Səbuhi Mubarizoglu Abbasov deyir.
Başına gətirilən oyundan danışan Baş redaktor daha sonra deyir:
Çox rahat və problemsiz. Yəni mən özüm kiməsə pul göndərəndə azı 3, 4 mərhələdən keçirəm. Bu necə güclü debet kartdırsa yüngül cəhdlə hesabdakı pulları öz kartlarına ata biliblər.
Bankı qaynar xəttinə də yığdım, dedilər hüquq-mühavizə orqanlarına müraciət edin. İşin axıtına qədər gedəcəm, sırf bunun kim tərəfindən edildiyini bilmək üçün. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, əziz həmkarımız Elşad Hacıyev köməyinizə ehtiyac var!
Səbuhi Mubarizoglu Abbasov
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru