Hərbi əlil Şəki xəstəxanalarında müalicə ala bilmir - Rüşvət əlindən

30-05-2016, 00:28           
Hərbi əlil Şəki xəstəxanalarında müalicə ala bilmir - Rüşvət əlindən
teref.aznun poçtuna daxil olan hərbi xidmət əlili Əlösət Agayevin şikayətinin nöqtəsinə vergülünə əl dəymədən oxucuların ixtiyarına veririk! Azərbaycan səhiyyəsindən şikayət edən Əlövsəıt bəy yazır:
Mən bu haqda dəfələrlə demişəm bu gün bir daha təkrar edirəm.Oqtay Şirəliyev Azərbaycanın səhiyyə naziri təyyin olunan gündən, səhiyyənin xadiməsindən, nazirinə tutmuş hamısı bu millətdən rüşvət almaqla məşğuldurlar.
Misal üçün Şəki MRX-da. Xəstələr poliklinikalara müraciət etmədən, birbaşa MRX-nın şöbə müdirlərinin qəbuluna gedirlər. Şöbə müdirləri də, səhərdən axşama kimi müştəri qəbul edir, orta hesablala bir günə 200 manat pul yığmaqla məşğuldurlar. Məhz həmin rüşvətlər hesabına Şəki MRX-nın Baş həkiminə gözün üstündə qaşın var deyən yoxdur. Bu cinayətin başında duran isə Statistika şöbəsinin müdiri Qinyaz Məmmədovdur.
Şöbə müdirlərindən ən qabaqcıl rüşvət yığan isə , MRX-nın "Ğöz xəstəlikləri " şöbəsinin müdiri Gülnarə Məmmədovadır. Məhz bu səbəbdən də, 2014-cü ildən bəri mənim gözümdə əmələ gəlmiş kotataktanı, Gülnarə Məmmədovaya rüşvət verməfiyimə görə, o Şəki MRX-da mənə müalicə etməkdən imtina etdiyi halda, Baş həkim M.Əliyev açıq formada mənə elan edir ki, mən ona heç nə deyə bilmərəm, o etmir get respublikanın başqa yerlərinə.
Bundan bəhrələnən G.Məmmədova, son vaxtlar, MRX-nın daxilindən şöbəyə olan giriş yolunu bağlayıb, girişi ancaq həyətdəki qapıdan təşkol edib. Girişə isə onun icazəsi olmayan, mənim kimi tüşvət əlehdatlarını buraxmırlar.
Eyni vəziyyətlə, mən, Zərifə Əliyeva adına Oftomotologiya mərkəzində, Respublika Mərkəzi Kliniki Xəstəxanada üzləşdiyimə görə, daha doğrusu hara üz tutdumsa qabaqcadan rüşvət tələb etdilər deyə müalicə ala bilmədim. Bu haqda üç il ərzində aidiyyat instansiyalara mənim ünvanladıhım yüzlərlə müraciətlərim, o cümlədən prezidentin rəsmi saytına 6 dəfə yazfığım şikayətlərim bu günə dək cavabdız qalıb. Vətəndaşların şikayətlərinə baxılması haqqında qanunda cavab 15 gün nəzərdə tutulmasına baxmayaraq, Şöhrət Ordenli, O.Şirəliyev toxunulmaz nazir olduğuna görə dövlət orqanları O.Şirəliyevdən daxil olan şikayətlərə baxmırlar.
Azərbaycan səhiyyəsinin vəziyyəti budur.
Məhz ona görə də, bu gün ən aşağa əmək haqqı alan səhiyyə işçiləri, qısa müddət ərzində bahalı villalara, ticarət obyeklərinə yeyələnə bilirlər. Ancaq, mənim kimi quru əmək haqqı ilə yaşayanlar bu rüşvətxor həkimlərin tələb etdiləri rüşvəti verə bimədiyinə görə, ömür boyu tibbi yardımdam məhrum olurlar.

Şəkidən, rüşvət əlehdarı olduğuma görə, tibbi xidmət hüququndan məhrum edilmiş, "kotaraktadan" əziyyət çəkən hərbi xidmət əlili
Əlosət Agayev
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.