Qazaxın yeni icra başçısı bürokratlarla işləyə biləcəkmi?
30-05-2016, 00:31
Artıq on gün olar ki, Prezident İlham Əliyevin sərəncamı ilə 5il 6 ay Qazax Rayon İcra Hakimiyyətinin başçısı olan Ayaz Əsgərovun yerinə Rəcəb Babaşov təyin edildi. Öncə onu deyək ki, sabiq icra başçısı Ayaz Əsgərov Qazax ictimaiyyətinin təbrincə desək, rəhbərliyi dövründə “yata-yata” necə gəldisə, eləcə də getdi. Kişini ətrafındakılar necə ələ almışdısa, elə bilirdi ki, yan-yörəsindəkilər “ata əvəzidir”. Yalnız həmin müddətdə 2 nəfər kadr öz qazaxlılarının “diktovkası” ilə vəzifəsindən uzaqlaşdırıldı. Onlardan biri təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev, digəri isə “komuxoz”un müdiri Rauf Eminov oldu. Ayaz Əsgərov vəzifə başında olarkən bir daşı da daş üstə qoymadı. Yalnız rayonun beyni hesab edilən icra hakimiyyətinə səriştəsiz və savadsız kadr axını yaratdı. Adətən görmüşük ki, aparata təcrübəli, savadlı və bacarıqlı kadrlar gətirilər. Əsgərov isə bunları qəsdən tam tərsinə etdi. Hətta, icraya işə düzələn hər kadrın qiyməti 10-15 min manat olması da söylənilir. Adamın ağlına da batır. Belə ki, elə deyilsə necə olub ki, belə kadrlar işə götürülüb? Təbii ki, bu da yenə Əsgərovun ətrafındakıların qurması oldu. Ancaq Əsgərov da yaxasını dartmağa dəyməz. Ona görə ki, o, rəhbərdi, məsuliyyəti bu daşıyır. Hələ bu gün də qaçqınlar və məcburi köçkünlər üçün rayonun Qazaxbəyli kəndində tikilən mənzillərin düzgün paylanmamsından, rüşvətxorluğa və korrupsiyaya yol verildiyindən, bu məsələ ilə bağlı ötən gün indiki başçının qəbuluna 80 nəfərdən çox şikayətçi gəlmişdi. O da sirr deyil ki, özünə bir o qədər çatmasa da Ayaz Əsgərovun ətrafındakılar pul kisələrinin içərisində “üzdülər”. Bahalı mainik avtomobilləri, ev üstünə ev, Bakıda-Şəkidə obyekt və mənzil alanlar daha çox oldu. Bir nəfər şikayətçinin də könülü alınmadı. Ona görə də, yəni başçıya etimadsızlığa görə həftənin hər 5-ci günü qəbula 1 və ya 2 nəfər şikayətçi gələrdi, ya gəlməzdi. Onu da 1-ci müavin, o da olmsa vaxtı ilə Gürcüstana benzin satmağı ilə yadda qalan müvin Tahir Musayev qəbul edirdi. O da kı, özündən savayı rayonda hələ bir ağlayanı da güldürməyib.
Bir söz, Ayaz Əsgərovun dövründə yığan yığanın oldu. İcra hakimiyyətinin binası bir oyun meydançasına çevrilmişdi. Ərizə və şikayətlər belə halda necə öz həllini tapa bilərdi? İnanın ki, Qazaxda elə idarə-müəssisə var idi ki, Əsgərov bilmədi ki, o harada yerləşir. Nə isə... Deyəcəklər “gedənin dalınca danışılmamlıdır”. Bəli, onu da qəbiuı edirik. Faktdır ki, sabiq başçı kimlərəsə yaxşı olubsa belə deyirlər: “Yaman yaxşı adam idi”
Bilməyiniz yaxşıdır ki, Qazaxda “Gilliyin binası” deyilən yerdə Qazax RİH-nin hesabına evləri qəzalı vəziyyətdə olan vətəndaşlar üçün tikilən çoxsaylı mənzillərdən yalnız 3-4-ü dava-dalaşla vətəndaşlara verildi. Qalanlarını isə 3-4 yerdə evi, eşiyi, gözəl şəraiti olan məmurlar pul gücünə ala bildilər. Maraqlanılsa söylənilən faktlar tamailə öz əksini tapar . İş burasıdır ki, həmin mənzillərdən 5-ini elə icra hakimiyyətinin öz işçiləri aldılar. Bundan dəhşət nə ola bilər? Bu cür faktlar onlarladır.
Bəs indi necə? Rəcəb Babaşov necə yadda qalacaq? Odamı Ayaz Əsgərovun komandası ilə işləyəcək?
Hazırda bu suallar Qazax ictimaiyyətinin diqqət mərkəzindədir. Çünki aparatda neçə illərdi Qazaxı söküb-dağıdanlar çalışırlar. Onları heç cürə əqidəsindən, dinindən və imanından çəkindirmək qeyri mümkündür. Artıq millətin də gözü onları görməkdəm “mazol” olub. Eşitmişik ki, vəzifə heç kimin adına yazılmayıb. Amma, təəssüflər ki, adına yazılanlar da var. O cümlədən, Qazax Rayon İcra Hakimiyyətində!
İlham Hacalı
teref.az