Daha bir marketdən QİYMƏT DƏLƏDUZLUĞU - GİLEY

10-01-2023, 10:09           
Daha bir marketdən QİYMƏT DƏLƏDUZLUĞU - GİLEY
"Mənim şikayətim Biləcəri dairəsində yerləşən "Army Market"dəndir. İlk növbədə etiket qiyməti ilə kassadakı qiymət fərqlidir bir çox məhsullarda. Düzdü kassada bildirəndə çox get-gəldən sonra etiket qiymətin vururlar ama hər dəfə 1-1 qiymət yoxlamaq artıq vaxt aparır. Və çəki ilə satılan məhsullar istisna digər 80% məhsullarda eyni problemdir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupunda giley olunur.

Daha sonra narazı vətəndaş yazır: "Digər bir məsələ, müştəri məmnuniyyəti 0 yox hətta mənfidir artıq. Saat 20:00-dur mağazadan çəki ilə bud almaq istəyirəm bir dünya satıcı var ət bölməsində heç kəs yoxdur nəzarətçiyə deyirəm bəlkə 20 dəqiqə məni gözlədib ki, gəlir satıcı sonda kassadakı xanım deyir ki, ora baxan şəxs gedib yoxdu, satış edə bilmirik. Saat 8 dir, mağazada bəlkə 50 nəfər satıcı var heç kəs 1 kq bud çəkib sata bilmir?? Mən məcburam 20 dəqiqə boş-boşuna gözləyim. Heç bir sosial şəbəkə hesabları da yoxdur şikayət etməyə. Sadəcə biyabırçılıq. Düşünürlərsə ki, bir nəfər müştəri ilə heç nə olmaz. Çox şey olar. Elə o 1 nəfərləri yığılıb gündə 1000 nəfər olur. 10 ildir "Army Market" açılan 10 ildir ordan alırıq hər şeyi.
Heç olmasa o marketə verilən addan utanın!"



İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.