Müqavilə ilə mənzil alan şəxslərin NƏZƏRİNƏ: Nələrə diqqət edilməlidir? - VİDEO

11-01-2023, 11:44           
Müqavilə ilə mənzil alan şəxslərin NƏZƏRİNƏ: Nələrə diqqət edilməlidir? - VİDEO
Müqavilə ilə alınan mənzillər sonradan başağrısına çevrilə bilər. Ona görə də mənzil alarkən sənədləşməyə diqqət yetirmək lazımdır.

TEREF.AZ yazır ki, Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, hazırda yeni tikilmiş çoxmənzilli binalarda müqavilələrlə mənzillər satılır.

Bu isə müəyyən problemlər yaradır.

Ekpert bildirir ki, otaqların sayı ilə bağlı məsələdə də vətəndaşların aldadılması hallarına tez-tez rast gəlinir.

Təmirli və təmirsiz mənzillər arasında da fərq var. Hansısa mənzil satışa çıxarılarkən kosmetik təmir olunur. Çox zaman bu kosmetik təmirin altında problemlər ört-basdır edilir.

Hazırda hüquqi cəhətdən sənədlərin həqiqətə uyğunluğunu, çıxarışların kimə məxsus olduğunu və mənzil sahəsinin real ölçülərini elektron sistem vasitəsilə müəyyən etmək olur. Bu baxımdan indi vətəndaşların aldadılması yalnız onların təcrübəsizliyindən irəli gələ bilər. Ümumilikdə isə mənzil alarkən konsaltinq şirkətlərinə və ya təcrübəli bir şəxsə müraciət etmək tövsiyə olunur.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru