Pensiya və maaşlar nə qədər artacaq? – Komitə sədri rəqəmləri açıqladı (VİDEO)

12-01-2023, 00:13           
Pensiya və maaşlar nə qədər artacaq? –
“Pensiya və maaşlardakı artım hamıya şamil ediləcək. Pensiyaların minimum həddinin 280 manata qaldırılması 100 min nəfərin pensiyasına öz təsirini göstərəcək”.
Teref.az xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
O əlavə edib ki, ötən il 400 AZN alan şəxs, bu il 478 manat pensiya alacaq: “Bu il ərzində pensiyaların bütün növlərinin artımı gözlənilir.
Eyni zamanda maaşlarda da artımlar olacaq. Maaşların hər birində 15 faiz artım gözləyirik. Məsələn, 400 manat maaş alanlarda 470 manat civarında artım olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru